19 C
Baku
Thursday, May 2, 2024

Kim gündə 2,5 milyard dollar qazanır?

Məlum olduğu kimi Bloomberg agentliyi gündəlik olaraq, milyarderlərin sərvətlərinin miqdarındakı dəyişiklikləri izləyir və onları onlayn rejimdə nəzarətdə saxlayır.  Səhmlərin qiymətlərinin dəyişməsindən asılı olaraq, kimin daha varlı olduğunu agentliyin rəsmi saytında gündəlik olaraq yenilənən reytinqdə izləmək mümkündür. Həmçinin bu məlumatlara əsasən kimin gün ərzində nə qədər qazandığını da hesablamaq olar.

Karlos Slim

Hesablamalar nəticəsində müəyyən olunub ki,  dünyanın ən varlı insanı, yenə də meksikalı telekommunikasiya sənayesinin maqnatı Karlos Slimdir, onun sərvətinin miqdarı hazırda 74 milyard dollardır, o gün ərzində 780,8 milyon dollar qazanır. Təkcə 2012-ci il ərzində Karlos Slimin var-dövləti 19,6% artmışdır.

Bill Qeyts

bill gates 400.jpg

Microsoft kompaniyasının yaradıcısı və sahibi Bill Qeyts gün ərzində 1,279 milyard dollar həcmində daha da varlanır. Zəngin amerikalının hesabında 63,9 milyard dollar vardır, 2012-ci il ərzində onun sərvətinin miqdarı 14% artmışdır.

Amanisio Orteqa Qaona

ortego 400.jpg

Əslən ispaniyalı olan maqnat Amanisio Orteqa toxuculuq brendləri sayəsində gün ərzində 2,463 milyard dollar qazanır. Ümumilikdə isə ispaniyalının qazancı 50 milyard dollar olmuşdur.

Uorren Baffet

baffet 400.jpg

Amerikanın  Berkshire Hathaway fondunun sahibi Uorren Baffetin maliyyə hesabı gün ərzində 644,3 milyard dollar həcmində artır. Ümumiyyətlə götürdükdə isə onun pulqabısında haradasa 46,3 milyard dollara yaxın pul vardır, onun var dövlətinin həcmi isə bu il ərzində 8,3 % artmışdır.

İnqvar Kamprad

ikea osnovatel 400.jpg

Allahın verdiyi hər gün ərzində 919,2 İnqvar Kampradın bankdakı hesabına əlavə olunur, o İKEA kompaniyasının təsisçisidir. İsveç 42 milyard dollar qazanmışdır, onun kapitalının həcmi isə 2012-ci ilin yanvarından bəri 22,2% artmışdır.

Lourens Ellison

ellison 400.jpg

 Oracle kompaniyasının rəhbəri Lourens Ellison gün ərzində 675 milyon dollar qazanır, onun sərvətinin miqdarı isə 25,8 faiz artır. Onun indiyə topladığı sərvətin cəmi miqdarı isə 41,4 milyard dollardır.

Devid Hamilton Kox

koh1 400.jpg

Amerikalı biznesmenlər Çarls və Devid Hamilton qardaşları artıq hərəyə 37,5 milyard dollar qazanıblar.

Çarls Kox

koh2 400.jpg

Onların ümumi hesabı 2012-ci ilin yanvarından bəri 10,7% zənginləşib. Sutka ərzində isə onlar 274,9 milyon dollar civarında daha da varlanır.

Kristi Uolton

kristi yolton 400.jpg

Con Uoltonun xanımı, Kristi Uolton öz ərinin biznesi –daha dəqiq desək isə Wal-Mart super marketlər şəbəkəsini miras olaraq aldı. Indi o gün ərzində 486,3 milyon dollar daha çox qazanır. Dul qalmış xanımın hesabında 30,4 milyard dollar vardır. Ötən müddət ərzində onun maliyyə vəziyyəti 20,9% düzəlişdir.

Cim Uolton

yolton 400.jpg

Cim Uolton, yuxarıda qeyd etdiyimiz Con Uoltonun qardaşı da kifayət qədər sanballı məbləğin varisi olub, ona qardaşının sərvətindən 29, 2 milyard dollar çatıb. Onun sutkalıq gəlirləri 465,1 milyon dollara bərabərdir. Cim Uotonun sərvətinin miqdarı isə 2011-ci il ilə müqayisədə 24,3% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər