16 C
Baku
Thursday, April 25, 2024

Kimləri işə qəbul etmirlər?

Bir çox müsahibələrdə iştirak etsəniz də istədiyiniz nəticəni hələ də əldə etməmisiniz? Çox mümkündür ki, siz işə götürən rəhbərin gözündə potensial işçi namizədi kimi görünmürsüz.

Bir çox müsahibələrdə iştirak etmək təcrübə toplamaq üçün xeyirlidir, lakin hamımıza lazımlı nəticə lazımdır. İşə götürən şəxslərə iş qabiliyyətinə tam əmin olduqları namizədlər lazımdır. Bəzən kifayət qədər özünü motivasiya və daha çox inkişafda olmaq arzusu konkret təcrübədən daha çox qiymətləndirilir.

Bəs hansı namizədlərdən işə götürənlər uzaq durur və hansı namizədləri qiymətləndirirlər?

Vacib meyarlar

Əslində amillər bu məqaləyə sığmayacaq qədər çox ola bilər. Bu və ya hər hansı bir xüsusi biliyin, ixtisasın olmaması, uyğun gəlməyən şəxsi keyfiyyətlər və s. bu amillərə aid edilə bilər. Amma elə sadə səhvlər də var ki, onları etməmək vacibdir:

  • Konkret məqsədin olmaması – namizəd konkret olaraq nə ilə məşğul olmaq istədiyini deyə bilmir;
  • Rezümedə və yaxud müsahibədə yalan məlumatlardan istifadə;
  • Yüksək əmək haqqı və yaxud karyera yüksəlişi tələb etmək;
  • Uğursuz özünütəqdimetmə;
  • Müsahibəyə gecikmək, mobil telefonun səsinin azaldılmaması və digər mənfi davranış qaydaları.

Rezümelərinizi sistemsiz olaraq göndərməyin. Eyni yerə bir neçə dəfə müraciət etməmək üçün rezüme göndərdiyiniz şirkətləri bir yerə qeyd edin.

Özünütəqdimetmə barədə unutmayın. Çox az işə götürən şəxsi özü haqqında məlumat verə bilməyən namizəd maraqlandırar. Əvvəlcədən buna hazırlaşmamaqla siz bir çox vacib şeyləri əldən verə bilərsiniz. Ən pis halda “Rezümedə kifayət qədər məlumat var” deyərək vəziyyət çıxa bilərsiniz.

Müsahibəyə getdikdə dəqiq bilməlisiniz ki, bu işdən nə istəyirsiniz, nə yeni təkliflər irəli sürə bilərsiniz, nəyə görə məhz sizi seçməlidirlər. Bütün bu suallara əvvəlcədən hazırlaşaraq onları cavablandırmağı bacarın. Əks halda məhz sizi seçəcəklərinə dair çox da əmin olmayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər