25 C
Baku
Saturday, July 27, 2024

Kipr iyunun 9-dan beynəlxalq uçuşları bərpa edir

Kipr iyunun 9-dan beynəlxalq uçuşları bərpa edir. Banker.az xəbər verir ki, bu haqda “Offsite” portalı məlumat verib.

Qeyd edildiyi kimi, hava limanlarının açılışı mərhələli şəkildə baş tutacaq – iyunun 9-dan 19-dək (Yunanıstan, Malta, Bolqarıstan, Norveç, Avstriya, Finlandiya, Sloveniya, Macarıstan, İsrail, Danimarka, Almaniya, Slovakiya və Litva) və iyunun 20-dən sonra (İsveçrə, Polşa, Rumıniya, Xorvatiya, Estoniya və Çexiya).

Birinci mərhələdə səyahətçilər təyyarəyə buraxılmaq üçün yola düşmədən 72 saat əvvəl Covid-19 testindən keçəcəklər.

Kipr vətəndaşları və adanın sakinləri alternativ olaraq laboratoriya müayinəsindən keçə bilərlər. Bu halda onlar testin nəticəsi hazır olana qədər izolyasiya rejimində qalacaqlar.

İkinci mərhələdə birinci kateqoriyaya daxil olan ölkələrdən gələn sərnişinlərdən testin nəticəsi tələb olunmayacaq.

Son xəbərlər
Digər xəbərlər