22 C
Baku
Monday, May 20, 2024

Kişilərin yalanı barədə nağıl

Müəllif: Kənan Kərimzadə

Günləri bir günü ağac doğramaqla özünə çörək pulu qazanan bir kişinin baltası dərin çaya düşür. Kədərdən ağlayan kişiyə mələk yaxınlaşır və soruşur: “Niyə ağlayırsan?” “Necə ağlamayım? Baltam suya düşüb. İndi ailəmi nə ilə dolandıracam?” Kişiyə yazığı gələn mələk sudan qızıl baltı çıxarıb deyir:

“Budu sənin baltan?”

“Yox, bu mənim baltam deyil” deyə kişi cavab verir.

Mələk sudan gümüş balta çıxarır:

“Bəlkə budu baltan?”

“Yox, bu da mənim baltam deyil” deyə kişi yenə cavab verir.

Nəhayət, mələk sudan dəmir baltanı çıxarır.

“Bəli, bu mənim baltamdı” – kişi sevincək deyir.

“Mən görürəm sən dürüst insansan.” – mələk dedi. “Bu dürüstlüyünə görə də bütün baltalar sənin olsun.”

Kişi həyatına xoşbəxtcəsinə davam edirdi. Lakin günlərin bir günü arvadı həmin dərin çaya düşür. Kişi yenə də başlayır ağlamağa. Yenə mələk gəlir və sual-cavabdan sonra sudan Cenifer Lopezi çıxarır. “Budu sənin arvadın?” deyə soruşur.

“Bəli, arvadım budu”-kişi həmən sevincək cavab verir.

Mələk əsəbləşir:

“Sən yalan danışdın. Axı niyə?”

“Ay mələk, burda bir az qarmaqarışıq var.”- kişi davam edir: “Əgər mən sənə yox cavabı desəydim, sən də sudan bu dəfə də Şakiranı çıxaracaqdın. Mən ona da yenə yox deyəcəkdim və axırda arvadımı çıxaracaqdın. Sonda da üçünü də üstümə buraxıb gedəcəkdin. Mən də bilməyəcəkdim ki, bu arvadların qarnını doyuzdurum, yoxsa gözünü”

Nağılın məntiqi: Kişilər yalan danışarkən, bunu ləyaqətli və hamının mənafeyi naminə edirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər