26 C
Baku
Saturday, July 27, 2024

Kitablardan gerçəkliyə çevrilmiş dahiyanə fikirlər

1 . “Qulaqlıqlar”

Rey Bedberi bugünkü gündə qulaqlıqların ən məşhur olan formatını icad edib. Onlar “damlalar” adlanırlar. Böyük səs-küyə səbəb olmuş ”Farengeytə görə 451 dərəcə” adlı kitabında Bedberi yazırdı : “Onun qulaqlarına sıx şəkildə miniatür “Balıqqulağı” taxılmışdı. Onlar üskük böyüklüyündə olan radioqəbuledici idilər. Və elektron okean səsləri… Musiqi və səslər, musiqi və səslər – onun ayıq beyninin sahillərini dalğalar kimi yuyurdular” . Roman 1950-ci ildə yazılmışdı. O dövrdə nə cür qulaqlıqların olduğu hər kəsə məlumdur!

2 . “Atom bombası”

“Atom bombası” söz birləşməsini ilk dəfə yazıçı Gerbert Uells öz “Azad olmuş dünya” əsərində istifadə etmişdi. Kitab 1913-ci ildə dərc olunur, yəni, Birinci Dünya Müharibəsindən əvvəl. Atom bombası isə İkinci Dünya Müharibəsinin sonlarında, 1945-ci ildə- istifadə edilmişdi.

3 . “İstintaq üsulu”

Artur Konan Doyl Şerlok Holms haqqında hekayələrində polisə məlum olmayan kriminalistikanın bir çox üsullarını təsvir etmişdi. Məsələn, siqaret külünü yığılması, çap maşınlarının müəyyənləşdirilməsi, hadisə yerindəki izlərin lupa ilə yoxlanılması və s. Nəticədə, daha sonralar polislər Holmsun bu və digər üsullarını geniş şəkildə istifadə etməyə başlayırlar.

4. “Pulların yuyulma sxemi”

N. V . Qoqolun “Ölü canlılar” əsərində dahiyanə cinayət sxemi təqdim olunub. Əsas qəhrəman kağızda yazılı olan, amma həqiqətdə olmayan əşyalar alırdı. Buradan öz başlanğıcını müasir praktikada tətbiq olunan “yalançı” sifarişlər üsulu götürür. Pullar sifariş olunan, lakin həqiqətdə yerinə yetirilməyən işlərə sərf olunur. Üstəlik, sənədlərdə bu işlərin görüldüyü qeyd edilir.

5 . “Ali insan”

Filosof Fridrix Nitşe “Zərdüşt belə deyirdi” əsərində “ali insanın” ideyasını təqdim edir. Bu nəzəriyyəyə əsasən, insanlar təbiətin son nailiyyəti kimi deyil, yüksək irqə – ali insan irqinə- keçid vasitə kimi təqdim olunurlar. Bu fikri daha sonralar Adolf Hitler inkişaf etdirir. O, ariya irqinin mqstəsna və fövqəladə irq olduğunu iddia edirdi.

6. “ Sualtı gəmilər”

Jül Vern “Suyun üzərindən 20 000 lyo dərinliydə” əsərində yeni növ gəmiləri- sualtı gəmiləri- təsvir edir. O dövrdə ( 1869-cu il) “dərin gəmi” ideyası yeni yaradılırdı və “Nautilus” texniki proqresin təcəssümünə çevrilir. Onun adı sualtı qayıqların arasında ən məşhur ad hesab edilir. Onun sayəsində Verni “sualtı gəmilərin atası” adlandırırlar.

7 .“Şahmat paradoksu”

Struqas qardaşlarının “Günorta, XXII əsr” əsrlərində “Kaspar-Karparov” sistemindən bəhs edilir. Bu üsuldan beynin “nüsxə”sinin çıxardılmasında və onun riyazi modelinin yaradılmasında istifadə olunuduğu qeyd edilirdi. Əsər 1962-ci ildə dərc olunmuşdu. Antalio Karparovun o zaman 11 yaşı var idi, Harri Kasparov hələ anadan olmamışdı.

Son xəbərlər
Digər xəbərlər