10 C
Baku
Thursday, December 12, 2024

KİV: Nikol Paşinyan Ermənistanın Rusiyadakı səfirini dəyişir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadakı səfiri Vardan Toqanyanı geri çağırmaq barədə qərar qəbul edib.

Bunu “Past” nəşri yazıb.

Məlumata görə, hökumət başçısı Moskvadakı səfirin yerinə siyasi fiqur təyin edəcək.

Lakin Ermənistanın Xarici İşlər Nazirliyi məlumatı şərh etməkdən boyun qaçırıb. Nazirlikdən bildirilib ki, ölkənin xaricdəki səfirlərini prezident Armen Sarkisyan təyin edir və geri çağırır. Qeyd olunub ki, dövlət başçısı Ermənistanın Rusiyadakı səfirinin vəzifədən azad olunması barədə sərəncam imzalamayıb.

Qeyd edək ki, 53 yaşlı V.Toqanyan 2017-ci il martın 10-da Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan tərəfindən Rusiyaya səfir təyin edilib.

Xatırladaq ki, N.Paşinyan Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns və Ukraynadakı səfiri Vladimir Karapetyanı tutduqları vəzifədən azad edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər