Rusiya Prezidenti Vladimir Putin xüsusi hərbi əməliyyatı əvəzinə, mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər.
Bu barədə CNN məlumat verib.
Qeyd edilir ki, bu, Kremlə mümkün qədər ehtiyat qüvvələri səfərbər etməyə, onları Ukraynanın yeni ərazilərini ələ keçirmək üçün atmağa imkan verəcək.
Ehtimal edilir ki, Rusiyada Qələbə Gününü qeyd etmək üçün ya Ukraynada hansısa hərbi nailiyyəti elan etmək, ya da hərbi əməliyyatların böyük eskalasiyasına ilham vermək, yaxud hər iki mesajı birlikdə vermək istəyəcək.
İndi Qərb rəsmiləri Rusiyanın Ukraynada böyük güc və texnika itkisini nəzərə alaraq müharibə elan etmək ssenarisini nəzərdən keçirirlər.