Türkiyə Ermənistanın bölgələrinə aviareyslər açmağı və ticarət əlaqələrini genişləndirməyi planlaşdırır.
Bunu “Hürriyet” qəzeti yazıb.
“İlk addım olaraq Ermənistanla hava əlaqələrinin açılması qərara alınıb. Bundan sonra digər bölgələrə uçuşlar məsələsi gündəmə gətiriləcək. Xüsusilə Van ermənilər üçün turizm mərkəzinə çevrilə bilər. Eyni zamanda ermənilərin böyük önəm verdiyi Qars yaxınlığındakı körpü və tikililər kimi bəzi tarixi tikililərin bərpası nəzərdə tutulur. Erməni diasporunun təzyiqini azaltmaq üçün eyni zamanda ticarət əlaqələri də genişləndiriləcək”, – məqalədə bildirilib.