27 C
Baku
Saturday, July 27, 2024

Kiyev metrosu fəaliyyətini dayandırdı

Rusiyanın Ukrayna şəhərlərinə raket hücumları davam edir.

Kiyev metrosu fəaliyyətini dayandırıb.

Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hazırda metropolitenin stansiyalarından əhali üçün sığınacaq kimi istifadə olunur.

Ukrayna ordusunun Hərbi Hava Qüvvələri isə son sutka ərzində Ukrayna ərazisinə Rusiya tərəfindən 60-dan çox raket zərbəsi endirilib.

Ölkənin, həmçinin energetika sisteminə böyük ziyan dəydiyi barədə məlumatlar var.

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər