26 C
Baku
Saturday, July 27, 2024

Kiyev Ukraynanın təhlükəsizliyinə zəmanət verən sənədi açıqlayıb

Kiyev avqustun sonuna qədər Ukraynanın təhlükəsizliyinə zəmanət verən sənədi açıqlayıb. Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqqında sənəd avqustun 29-u və ya 30-da ortaya çıxmalıdır. Bunu ölkə prezidentinin aparatının rəhbəri Andrey Yermak deyib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Ölkə rəhbərliyi təhlükəsizlik təminatını “çox vacib məsələ” hesab edir. Podolyak vurğulayıb ki, Ukrayna hakimiyyəti bu barədə bütün tərəfdaşları ilə danışır. O, sənədin mətnini artıq oxuduğunu və onu “çox güclü” hesab etdiyini bildirib.

Təhlükəsizlik zəmanətinin hazırlanması ilə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi konsultativ qrup məşğul olub. Yermakın sözlərinə görə, zəmanətlər diplomatik, hərbi, siyasi, maliyyə və digər sahələrə şamil edilməlidir.

Son xəbərlər
Digər xəbərlər