9 C
Baku
Friday, December 13, 2024

Klinton Moskva ilə danışıqlara qarşı çıxıb

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı mövqeyini tənqid edib və Moskva ilə danışıqlara qarşı çıxıb.

Bu barədə “Le Point” məlumat yayıb.

“Deyəndə ki, Rusiyanı alçaltmağa ehtiyac yoxdur, düzü, mənə elə gəlir ki, bu, artıq keçilmiş mərhələdir. Putin qırmızı xətti çoxdan pozub”, – deyə Klinton “France Culture” radiosunun canlı efirində çıxışı zamanı Makronun fikrinə etiraz edib.

Onun fikrincə, Rusiya prezidenti özünü İsveç, Baltikyanı ölkələr, Skandinaviya və Şimal ölkələrinə qarşı 20 il ərzində sonsuz müharibə aparmış “Böyük Pyotr” hesab edir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər