10 C
Baku
Friday, December 13, 2024

KOBİA Sumqayıtda açılacaq yeni mərkəz üçün 287 min manatlıq məsləhət xidməti alır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Publik Hüquqi Şəxs məsləhər xidməti üçün 287 min manat xərcləyəcək.

Banker.az xəbər verir ki, KOBİA “Universitas-İnternational” MMC ilə müqavilə bağlayıb.

Müqavilədə Sumqayıt şəhərində Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri nəzərdə  tutulub.

Müqavilənin ümumi məbləği isə 287 min 11 manatdır.

Bildirək ki, “Universitas-İnternational” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Araz Paşayev Nadir oğludur.

Onu da qeyd edək ki, “Universitas-İnternational”  şirkəti geniş idarəetmə və texniki universitet və kollec sertifikat kursları təklif edən yeganə təlim təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər