26 C
Baku
Saturday, July 27, 2024

Kohen: “İsrail İranın ikinci Şimali Koreya olmasına icazə verməyəcək”

İsrailin xarici işlər naziri Eli Kohen Cənubi Koreyadan olan həmkarı ilə görüş zamanı İranı Şimali Koreya ilə müqayisə edib.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

Qeyd olunur ki, XİN rəhbəri Kohen Filippinə səfərini başa vurduqdan sonra bu gün Cənubi Koreyaya gedib.

Səfər zamanı Kohen koreyalı həmkarı Park Jin ilə görüşüb və tərəflər vurğulayıb ki, İsraillə Cənubi Koreya diplomatik baxımdan bir çox oxşarlıqlara malikdir.

Kohen İranı Şimali Koreya ilə müqayisə edib və deyib ki, İsrail İranın ikinci Şimali Koreya olmasına icazə verməyəcək.

Tərəflər həmçinin, Şərqi Asiyada oxşar təhlükəsizlik çağırışları fonunda əməkdaşlığı gücləndirmək və əlaqələri dərinləşdirmək barədə müzakirə aparıblar.

İsrail XİN başçısı qeyd edib ki, dünya ölkələri nüvə silahı yaradan Şimali Koreyadan dərs almalı və İranın nüvə proqramını dayandırmalıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər