Köhnə Apple Watch əvəzində yeni Series 2 alın

Apple şirkəti köhnə Apple Watch saatlarını, Series 2 məhsulu ilə əvəz edir.  Müvəqqəti olaraq Series 0 və 1 məhsulu üçün ehtiyat hissələri bitdiyinə görə, xidmət mərkəzinə müraciət edən bu cihazların sahibləri qeyri-adi bir sürpriz ilə üzləşiblər.

2019-cu ilin aprel ayın kimi zəmanət halları çərçivəsində xidmət mərkəzlərinə müraciət etmiş şəxslər, öz köhnə saatları əvəzində yeni Apple Watch Series 2 əldə edə bilərlər. Bu məlumat MacRumors resursu tərəfindən təsdiq olunub. Yeni qayda Apple Store mağazasına və dünya üzrə yerləşmiş xidmət mərkəzlərinə aiddir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər