15 C
Baku
Saturday, April 27, 2024

Köhnəlmiş avtomobillərin istismarı qadağan edilir – 2 il ərzində

Azərbaycanda köhnəlmiş avtomobillərin istismarı qadağan ediləcək.

Banker.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, Nazirlər Kabineti 2019-2020-ci illrədə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birlikdə Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqini təmin etməlidir.

Paralel olaraq Energetika Nazirliyi 2019-2023-cü iləlrdə nəqliyyat vasitələrində istifadə olunan yanacaq növlərinin keyfiyyətinin Avro4, habelə daha yüksək olan Avro-5, Avro-6 və digər standartların tələblərinə uyğunlaşdırılması üçün müvafiq əsasların yaradılması və bu prosesin mərhələli şəkildə həyata keçirilməsi iləbağlı tədbirlər görməlidir.

Nazirlər Kabineti isə 2019-2021-ci illərdə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılmasını təmin etməlidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər