6 C
Baku
Sunday, December 15, 2024

Kolumbiya Bankı öz kriptobirjasını işə salıb

Kolumbiyanın ən böyük banklarından biri olan “Bancolombia” yeni kriptovalyuta birjası olan “Wenia”nı işə salıb. Mesajda deyilir ki, “Wenia”nın əsas məqsədi kolumbiyalıları kriptovalyuta ticarəti üçün təhlükəsiz və rahat platforma ilə təmin etməkdir.

“Wenia” hazırda “Bitcoin” (BTC), “Ethereum” (ETH), “Poliqon” (MATIC) və “USD Coin” (USDC) ticarətini dəstəkləyir.

Kriptobirja Kolumbiya pesosuna bağlı olan COPW adlı steyblkoin buraxıb. “Wenia” gələcəkdə digər Latın Amerikası ölkələrində də fəaliyyətini genişləndirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər