7 C
Baku
Sunday, December 15, 2024

Kolumbiya Fələstində səfirlik açacaq

Kolumbiya Prezidenti Qustavo Petro Fələstinin Ramallah şəhərində səfirliyin açılmasına göstəriş verib

Bu barədə xarici işlər naziri Luis Gilberto Murillo jurnalistlərə bildirib.

Murillo əlavə edib ki, tezliklə daha çox ölkə Birləşmiş Millətlər Təşkilatı qarşısında Fələstin dövlətinin tanınmasını dəstəkləməyə başlayacaq.

Xatırladaq ki, Kolumbiya mayın əvvəlində Təl-Əvivdən səfirini geri çağırıb və ölkə prezidenti deyib ki, Qəzzadakı müharibəyə görə İsraillə diplomatik əlaqələri kəsir. Səfirlik mayın 3-də bağlanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər