7 C
Baku
Thursday, December 12, 2024

“Kommersiya bankları istiqrazlara investisiyaları nəinki azaldıb, əksinə artırmaqdadır”

Azərbaycan manatının dəyərdən düşməsi Maliyyə Nazirliyinin milli valytutada buraxdığı dövlət istiqrazlarına marağı azaltmayıb. Bunu açıqlamasında kapital bazarı üzrə mütəxəssis, “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin analitiki Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, ölkənin kommersiya bankları istiqrazlara investisiyaları nəinki azaldıb, əksinə artırmaqdadır. Bu isə qiymətli kağızların gəlirliliyinin azalması ilə nəticələnib: “Əvvəllər Maliyyə Nazirliyi illik 17%-lə vəsait cəlb edirdi, hazırda gəlirlilik 6%-a düşüb. Bu da dövlət büdcəsi üçün yaxşı haldır. Büdcə aşağı faizlə borclanır. 2016-cı ilin dövlət büdcəsində 1,5 mlrd. manat məbləğində borclanma nəzərdə tutulub, bunun da 200 mln. manatı artıq təmin edilib”.

Report

Son xəbərlər
Digər xəbərlər