31 C
Baku
Friday, June 14, 2024

“Kommunal xidmətlərə çıxış asanlaşdırılacaq”

Azərbaycanda əhalinin və biznes subyektlərinin kommunal xidmətlərə çıxışı köklü şəkildə dəyişdiriləcək və asanlaşdırılacaq.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri, “Su Şəbəkəsinə qoşulma” işçi qrupunun rəhbəri Etibar Məmmədov qrupun 2023-cü il üzrə Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlərlə bağlı keçirilən 10-cu iclasında bildirib.

Onun sözlərinə görə, müvafiq “Yol xəritəsi”ndə sahibkarların üzləşdikləri çətinliklərin və problemlərin öyrənilərək həlli yollarının tapılması və qısa müddətdə aradan qaldırılması, onlayn əlçatanlılığın yaradılması, bu sahə üzrə maraqlı tərəflərin və vətəndaş cəmiyyəti institutlarının proseslərə cəlb edilməsi biznes mühitinin yaxşılaşdırılmasına töhfələr verəcək.

“Yol Xəritəsi”nin tələblərindən irəli gələrək “ASAN Kommunal” mərkəzləri ilə çevik əlaqələndirmə və koordinasiya aparılması, beynəlxalq təcrübələrin öyrənilməsi, zəruri tədbirlərin institutlaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturunun tərkibində Strateji inkişaf və Asan Mərkəzlərlə işin təşkili departamenti, Ekologiya şöbəsi, eləcə də istehlakçı hüquqlarının qorunması, müraciətlərə baxılması və adekvat tədbirlərin görülməsinin nəzarətdə saxlanılması məqsədilə Şikayət və müraciətlərin araşdırılması şöbələri yaradılıb” -deyə E.Məmmədov vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər