10 C
Baku
Wednesday, December 11, 2024

Kompaniyanın yaranma tarixi, Villeroy & Boch brendi

Villeroy & Boch müəssisənin tarixi hələ 250 il bundan öncə başlayır. Kompaniya 1748-ci ildə Almaniyada yaradılıb. Kompaniyanın istehsal etdiyi bütün avadanlıqlar mətbəx və hamam otaqlarında istifadə edilir: çilingər avadanlıqları, qarışdırıcı cihazlar, hamam üçün mebel, qab-qacaq, plitələr, çanaqlar və s. bütün dünya üzrə satışlar təxminən 940 milyon avro təşkil edir. Onların bütün məhsullarına dünyanın 125 ölkəsində rast gəlmək mümkündür. 

Hələ 1748-ci ildə Lotaringiyada Fransua Box (Francois Boch) adlı təsisçi olduqca sadə, lakin çox funksiyalı və istifadəsi asan olan keramik qab-qacağın istehsalının əsasını qoydu. 1767-ci ildən bəri isə bu qab-qacağın kütləvi istehsalı başladı. Beləliklə böyük brend öz inkişaf yoluna qədəm qoydu.

İşlər olduqca yaxşı gedir və artıq 1766-cı ildə Box Lüksemburq yaxınlığında “Jan-Fransua Box və onun oğulları” adlı keramik fabrikinin əsasını qoyur. Yeri gəlmişkən məhz 1770-ci ildə ən məşhur kolleksiyaları olan «Brindille» yaradılır. Bu gündə həmin kolleksiya böyük populyarlığa malikdir və indi, o “Qədim Lüksemburq” («Old Luxembourg») adı altında istehsal edilir.

Box ailə biznesinin ideyalarını kənar şəxslərlə paylaşmırdı, məhz bunun sayəsində onların yaradığı şirkət planlı şəkildə inkişaf edir və yaxşı gəlir əldə edirdi.

Villeroy Boch CP

1829-cu ildə o, demək olar mərmərə olduqca yaxım bir materialın istehsalını işə salır, heç kəs bu məhsulu təkrarlaya bilmir.

1850-ci ildə rəngli qabların, keramikanın və keramik plitələrin çeşidlərinin sayı artır.

1852-ci ildə Mettlaxda döşəmə plitələrinin istehsalının əsası qoyulur.

1879-cu ildə fabrik genişlənir və memarlıq (inşaat) plitələrinin istehsalını işə salır.

1882-ci il isə hamam otaqları üçün olan avadanlıqların genişlənməsi və inkişafı ilə yadda qalır.

1899-cu ildə fabrik hovuzların düzəldilməsi üçün mozaika plitələrinin istehsalına başlayır.

1920-cu ildə müharibəyə görə istehsalın inkişafında fasilə baş verir. Müharibə məhsulların alman şəhərlərinə çatdırılmasını qeyri mümkün edir.

1939-1945-cı illər Box və onun kompaniyasına heç də az itki gətirmir, belə ki fabriklər çox ciddi zərər çəkirlər.

1959-cu ildə Septfontaines-də yeni şüşə şəkilli mərmərin istehsalı start götürür.

Kompaniya heç zaman əldə etdiyi nailiyyətləri ilə kifayətlənmir. Məhsulların daima təkmilləşdirilməsindən əlavə, Box şirkəti müxtəlif şəhərlərdə xırda kompaniyalar alır.

Hal-hazırda kompaniya ev, hamam və mətbəx üçün lazım olan avadanlıqların istehsalı ilə məşğul olan geniş fabrik şəbəkəsinə malikdir. Yeni texnologiyalar tərtib edilir və onların istehsalata tətbiqi genişlənir.

Son xəbərlər
Digər xəbərlər