İnsanların kompüter monitoru qarşısında keçirdiyi vaxt yalnız görmək qabiliyyətinin zəifləməsi və baş ağrılarının yaranmasına deyil, həmçinin uşaqlarda allerji reaksiyalarının yaranmasına səbəb olur.
Kompüter sənayesinin bəşəriyyətə kompüter oyunları, internet forumları, çatlar kimi bəxş etdiyi əyləncələr yeniyetmələrin ən sevimli məşğuliyyətlərinə çevrilib.
Valideynlər övladlarının tərkidinə bamayaraq uşaq otağında kompüter yerləşdirməməlidirlər.
Bu yaxınlarda isveç alimlərinin keçirdiyi tədqiqatlar nəticəsində bəlli olmuşdu ki, 50% hallarda kompüter monitorlarının və sistem blokunun korpuslarının hazırlandığı material üç fenil fosfatdan ibarətdir.
Həkimlər iddia edirlər ki bu maddə bizim orqanizmimizə mənfi təsir göstərir. Plastik elektro alətlərinin qızması nətivəsində az miqdarda üç fenil fosfat ifraz olunur və bu, allerji insanlarda dəri səpkilərinin və intibahların yaranmasına səbəb olur.