23 C
Baku
Tuesday, May 28, 2024

Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər

ABŞ Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər.

 “TASS”a istinadən verilən xəbərə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

Sanksiyalar 20170ci ildə ABŞ-da qəbul edilən “CAATSA” (“Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında”) qanununa uyğun olaraq tətbiq edilməlidir.

©Trend

Son xəbərlər
 ⁠
Digər xəbərlər