-1 C
Baku
Sunday, December 15, 2024

Konsolidasiya bitdi – Böyük bank yaradıldı

Abu-Dabi Milli Bankı (National Bank of Abu-Dhabi) və “First Gulf Bank”ın konsolidasiya əməliyyatı sona çatıb. “Bloomberg” agentliyi xəbər verir ki, birləşmə nəticəsində BƏƏ-nin 180 mlrd. ABŞ dolları həcmində kapitala sahib olan ən böyük bankı yaranıb. Bankın adı isə “First Abu-Dhabi Bank” olub. 

Agentlik xəbər verir ki, dünya neft ehtiyatlarının 6%-nə sahib olan Abu-Dabi əmirliyi adı çəkilən iki bankın birləşməsi nəticəsində əmələ gələn bankın rəqabət gücünün artacağını bildirib. Neft qiymətlərinin azalması fonunda yeni yaranan bankın kreditləşmə əməliyyatlarını inkişaf etdirmək və biznesin maliyyələşməsini təmin etmək prioritet vəzifə kimi səsləndirilib.

Qeyd edək ki, BƏƏ-nin maliyyə sektorunda hazırda 50-ə yaxın kredit təşkilatı fəaliyyət göstərir. Əhalinin sayı isə 9 mln. nəfərə bərabərdir ki, bu da ölkənin maliyyə sektorunda ciddi rəqabət mühiti yaradıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər