6 C
Baku
Sunday, December 15, 2024

Konsolidasiyadan sonra iri ağartı istehsalçısının kapitalı ₼101 milyonu keçib

Ölkənin iri qida şirkətlərindən biri “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti konsolidasiyadan sonra nizamnamə kapitalı artaraq tarixində ilk dəfə 100 milyon manatı keçib.

Banker.az xəbər verir ki, 2023-cü ilin avqustun son iş həftəsində “Agro Pro Group” MMC elan etdi ki, öz  fəaliyyətinə xitam verilərək “Milla Dairy” MMC-yə qoşulur.

Beləliklə, bu birləşmədən sonra “Milla Dairy”nin kapitalının üstünə “Agro Pro Group” MMC-nin 31.45 milyon manat  əlavə edilib.

Beləliklə, “Milla Dairy” MMC-nin nizamnamə kapitalı 101.12 milyon manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər