26 C
Baku
Saturday, July 27, 2024

Konstitusiya Məhkəməsi müddətli əmək müqavilələri ilə bağlı məsələni müzakirə edəcək

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 20-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinin 47-ci maddəsi müddətli əmək müqaviləsi bağlanan halları nəzərdə tutur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər