13 C
Baku
Saturday, April 27, 2024

“Kontakt” bu dəfə də İlin Ən Yüksək Dövriyyəli Partnyoru mükafatına layiq görüldü

®Azərbaycanın ən qabaqcıl pərakəndə satış şəbəkələrinin biri olan “Kontakt” artıq üçüncü ildir ki, ard-arda “Kapital Bank” tərəfindən “Birbank” taksit kartı üzrə ilin ən çox dövriyyəsi olan partnyoru seçilir.

Kapital Bankın ilin yekunlarına həsr olunmuş mükafatlandırılma mərasimində birincilik üzrə nominasiya “Kontakt” mağazalar şəbəkəsinin nümayəndəsinə təqdim olunub.

Məlumat üçün bildirək ki, “Kontakt” hər zaman “BirBank” istifadəçiləri üçün xüsusi imkanlar yaradır. Belə ki, şəbəkənin “Yeni İl” kampaniyası çərçivəsində yanvarın 15-dək “BirBank”lılar bütün “Kontakt Home” mağazalarından və kontakt.az saytından hər növ məhsulu 50%-dək endirimli ala və ödənişi 18 aylıq bərabər hissələrə bölə bilərlər. 

Qeyd edək ki, hal-hazırda sevindirən şəbəkənin ölkə üzrə ümumilikdə 34, Gürcüstanda 2 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Məhsul və xidmətlər barədə ətraflı məlumat almaq üçün kontakt.az saytına, *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Həmçinin, sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən etməyiniz mümkündür.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər