26 C
Baku
Saturday, July 27, 2024

Kontakt Home iki vəzifə üzrə işçi axtarır

Vacancy 1: Mühasib

Tələblər:

• Maliyyə-Mühasibatlıq sahəsində ali təhsil
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməlidir, ingilis dilini bilən namizədlərə üstünlük veriləcək
• Mühasibatlıq sahəsində ən az 2 il təcrübə
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli, vergi Məcəlləsi üzrə bilməlidir
• Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər
• MS Office (xüsusilə MS Excel), 1C, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
• İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Vəzifə öhdəlikləri:

• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Pul vəsaitlərinin, mal- material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
• Təhtəl hesab, balans, avans hesabatı və ezamiyyət hesabının aparılması
• Rəsmi hesabatların hazırlanması(Statistika, DSMF)
• Hesab və elektron qaimə-fakturaların yazılması
• Aylıq, rüblük və illik vergi qeydiyyatının vaxtında və düzgün aparılması
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
• Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq
• Gündəlik hesabları üzrə qalıqlar hesabatı
• Müqavilələrin, Mal/Xidmət Sifarişlərin yoxlanılması
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
• Aylıq əmək haqqı cədvəllərinin heablanması və hazırlanması
• Xəstəlik, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-na təqdim olunmalı sənədlərin hazırlanması
• Dövlət Sosial Siğorta Fondundan daxil olan sorğulara cavab vermək və onları tələb olunan sənədlər və məlumatlarla təmin etmək
• İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı: 600-800 AZN


Vacancy 2: İnzibati işlər üzrə Köməkçi

Tələblər:

• Ali təhsil
• İnzibati sahədə iş təcrübəsi- 1 il
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook)
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərilərlə davranış etikası

Vəzifələr:

• Mağaza rəhbərinə İnzibati dəstək
• Sənədlərin və qiymətlərin çap olunması
• Məhsulların düzgün yerləşdirilməsinə nəzarət
• Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V iş günləri, VI,VII istirahət günləri
• Əmək haqqı – 350 AZN


Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərmək xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər