18 C
Baku
Thursday, April 25, 2024

“Kontakt”dan yadda qalan Yeni il kampaniyası – 50%-dək endirim, sərfəli kredit və 10 qat qazandıran şərtlər

®İlin ən sehirli günləri artıq qapımızı döyməyə başlayıb. Bəli, söhbət balacadan böyüyə hamının xoş emosiyalarla gözlədiyi Yeni il bayramından gedir. Söz veririk ki, “Kontakt” mağazalar şəbəkəsi qucaq dolusu kampaniyalarla bu bayramda da sizi sevindirən atmosferinə bürüyəcək.

NAĞD ALIŞDA 50%-dək ENDİRİM: Məhz bu bayramda “Kontakt”da elə endirimlər var ki, mütləq hər büdcəyə xitab edəcək. Sizdən sadəcə dekabrın 16-dan yanvarın 15-dək şəbəkənin mağazalarına gəlib il boyu arzusunda olduğunuz əşyaları seçməyiniz kifayət edir. Yerindəcə bütün məbləği nağd ödəmə imkanınız yoxdursa, onda da heyfislənməyin, çünki şəbəkə sizin üçün endirimli qiymətləri elə yerindəcə 3 aya bölmə imkanı yaradıb.

İLKİN ÖDƏNİŞSİZ, FAİZSİZ, KOMİSSİYASIZ ŞƏRTLƏR: Yox, daha uzun müddətli aylıq şərtlərlə maraqlanırsınızsa bu halda sərfəli kredit imkanları sizi gözləyir. Belə ki, yeni ildə yeni smartfon heç də əlçatmaz deyil. İlkin ödənişsiz, 12 aylıq faizsiz şərtlərlə təzə telefon ala, ilkin ödənişsiz, 18 aylıq  faizsizkomissiyasız şərtlərlə ən böyük ekranlı televizorlara, ən son texnoloji məişət əşyalarına yaxud ən zövqlü tekstil məhsullarına sahib ola bilərsiniz. Dünya brendlərinə məxsus mebellər isə düz 24 aya kimi ilkin ödənişsiz, faizsiz üstəlik komissiyasız imkanlarla təklif olunur. 

MƏHSULUN 10 QAT DƏYƏRİNİ QAZANMAQ İMKANI: Hər il minlərə insanı qazandıran “Şeş-qoşa” kampaniyası bu dəfə sizə 10 qat daha çox sevinc gətirəcək. Belə ki, indi kampaniyada iştirak edərək nəinki aldığınız məhsulun 100% dəyərini, hətta 10 qat dəyərini geri ala bilərsiniz. Kampaniyada iştirak üçün nağd, “3 dəfəyə ödə” və ya kreditlə məhsul almağınız yetərlidir. Şərtlərlə daha ətraflı buradan tanış ola bilərsiniz.

İndi isə gəlin maraqlı məhsul təkliflərindən söz açaq:

  • 24 sm-lik Qranit Morelli tavası bayram günlərində əlinizdən tutacaq. Yanmaz-yapışmaz bu tavada dadlı “blinçik”lər və ya başqa qızartmalar hazırlaya bilərsiniz. Qiymət nağd alışda 25 yox, cəmi 10 manat.
  • Son zamanların çox alınan smartfonuna çevrilən Blackview A95, 6.52″ geniş ekranı, 128 GB yaddaşı və təbii ki, münasib qiyməti ilə alıcıların marağına səbəb olub. Bu telefonu kampaniya ərzində daha da ucuz 500 yox, cəmi 399 manata ala bilərsiniz. 
  • Həm qənaətcildir, həm də funksional-söhbət 12 dəst tutumlu Bosch qabyuyanından gedir. 1100 yox, cəmi 799 manat xərcləyib “Bosch”la, dağ boyda yığılan qabları gözünüzdə dağa çevirməyin. O qabları yusun, siz isə vaxtınızı qonaqlarınıza ayırın.
  • Yeni il masasının yaraşığı sözsüz ki, qəşəng süfrədir. Elə isə ayda cəmi 7 manat ödəməklə Sarvagellinin incə naxışlı süfrəsini alın, qohumların içində ən zərif masa sizinki olsun.

“Kontakt” da təkliflər danışmaqla bitib tükənməz. Odur ki, sizə yaxın “Kontakt” mağazasına gəlin ya da kontakt.az saytına daxil olun, heç kim və heç nə yaddan çıxmasın. Şəbəkə qarşıdan gələn Yeni İl bayramınızı təbrik edir! 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər