“Kontinent İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Kontinent İnşaat” MMC-nin vergi borcu 5 456 965 manatdır. Bu vergi borcu 23.05.2024-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, bu şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Araz Mahmudovdur.