27 C
Baku
Saturday, July 27, 2024

Koreya ilə Qarabağda yüksək texnoloji müəssisələrin yaradılması imkanları müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Koreyanın “Tennor Holdinq” şirkətlər qrupunun təsisçisi və icraçı direktoru Lars Vindorstun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərdə yüksək texnologiyalara əsaslanan müəssisələrin yaradılması, layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər