2 C
Baku
Saturday, December 14, 2024

Koronavirus Almaniyanı 82 milyard avro vergi gəlirindən məhrum edəcək

Koronavirus böhranı Almaniyanın dövlət maliyyəsində dəlik açacaq: vergi daxilolmalarının 2019-cu il ilə müqayisədə 10% və ya 81,5 milyard avro azalması gözlənilir. Banker.az xəbər verir ki, covid-19-un yayılmasına qarşı tətbiq olunan ciddi məhdudiyyətlər, iqtisadi aktivliyin kəskin azalması fonunda büdcəyə ciddi ziyan vuracaqdır.

“Financial Times” qəzetinin qeyd etdiyi kimi, ölkə tarixinin ən pis dövrünə qədəm qoyur. Hökumətin son proqnozlarına görə, bu il AFR-in ÜDM-si cəmi 6,3% təşkil edəcək.

Bununla yanaşı, gələn ay ölkənin “yükü” daha ağır olacaq: hökumət məhdudiyyətlərin tədricən yumşaldılması fonunda iqtisadiyyata dəstək paketini təqdim etmək niyyətindədir.

Xatırladaq ki, ötən ilin noyabr ayında Almaniyanın bütün səviyyələrdə (federal, regional, bələdiyyə) büdcələrə vergi gəliri 816,4 milyard avro dəyərində qiymətləndirilmişdir, indi isə bu rəqəm 717,8 milyard avroya qədər endirilib.

Növbəti bir neçə ildə vergi daxilolmalarının təxminləri də aşağıya doğru dəyişilib – 2021-ci ildə 52,7 milyard avro, 2022-ci ildə 59,1 milyard avro, 2023-cü ildə 53,8 milyard avro, 2024-cü ildə isə 51,7 milyard avro.

Son xəbərlər
Digər xəbərlər