6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Koronavirus milyarderlərə 139 milyard dollara başa gəldi

Bazarların çökməsi dünyanın ən zəngin 500 adamının ümumi sərvətini kəskin dərəcədə azaltdı. Banker.az xəbər verir ki, “Bloomberg” in verdiyi məlumata görə, itkilər 139 milyard dollar təşkil edib. “Louis Vuitton Moet Hennessy” şirkətinin baş direktoru Bernar Arno və “Amazon” nun rəhbəri Jeff Bezos gündə demək olar ki, 5 milyard dollar itirirlər. “Zara” ticarət şəbəkəsinin sahibi Amansio Orteqinin sərvəti 4 milyard, “Facebook” un rəhbərinin sərvəti isə 3,5 milyard dollar azalıb.

Qeyd edək ki, Rusiya milyarderləri arasında ən böyük itki “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovda olub – 1,21 milyard dollar.

Daha əvvəl verilən məlumata görə, ABŞ bazarında indekslər 3,5%-dan çox düşüb. “Google”, “Apple”, “Microsoft” və “Amazon” kimi nəhənglərin səhmləri demək olar ki, 5% ucuzlaşıb.

Son xəbərlər
Oxşar xəbərlər