1 C
Baku
Saturday, December 14, 2024

Koronavirus neft qiymətlərini “vurdu”– 47 dollara düşə bilər

Çində baş qaldıran koronavirus Çində neftə olan tələbatı 20% azaldıb.

“Bloomberg” agentliyinə istinadən xəbər verilir ki, gündəlik neft tələbatı ölkənin energetika bazarında neftə olan tələbatın sutkada 3 milyon barel azaldığını göstərir.

İranın neft naziri Bijan Namdar Zanqani də xəstəliyin bir sıra istehsal müəssisələrinin bağlanmasına, nəqliyyat əlaqələrinin kəsilməsinə və bunun neftə tələbatı azaltdığına səbəb olduğunu söyləyib.

“Citigroup” şirkətinin analitikləri Brent markalı neftin 40 dollara qədər ucuzlaşa biləcəyini əlavə edib. Onlar yanvarın 20-dən neftin 13% ucuzlaşdığını, 2020-ci ilin ilk yarısında orta qiymətin 54-47 dollar arasında olacağını gözləyir.

Çin Milli Səhiyyə Komissiyası 17 205 nəfərin koronavirusa yoluxduğunu, 361 nəfərin öldüyünü, 475 nəfərin isə sağaldığını açıqlayıb.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin 1 bareli 60 dollardan hesablanır.  Hazırda dünya bazarında neftin 1 bareli üçün qiymət 55 dollar səviyyəsindədir.

Modern.az

Son xəbərlər
Digər xəbərlər