3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Koronavirus Nyu-York birjasına təsir edib

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma sayının artması Nyu-York birjasında əsas indekslərin müxtəlif istiqamətlərdə dəyişməsinə səbəb olub.

“Dow Jones” sənaye indeksi 262,95 bənd (0,90%) artaraq 29 420,92 bənd səviyyəsində dayanıb. ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 4,97 bənd itirərək (-0,14% ) 3 545,53 bənd səviyyəsinə düşüb.

“Nasdaq” elektron birja indeksi isə 159,93 bənd (-1,37%) azalaraq 11 553,86 bəndədək enib.

Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,24% ucuzlaşaraq 1 871,7 ABŞ dollarına ticarət olunub.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər