12 C
Baku
Thursday, March 28, 2024

Koronavirus pandemiyaya çevrilə bilər, ÜST deyir

Dünya birliyi koronavirusun pandemiyaya çevrilməsinə hazır olmalıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus “Twitter”dəki səhifəsində yazı paylaşıb:

“Hazırda “pandemik” sözünü işlətmək faktlara uyğun gəlməsə də, mövcud vəziyyət, əlbəttə ki, qorxu yaratmalıdır. Dünyamız ikiqütblü, yaxud ağ-qara deyil. Biz səylərimizi əngəlləməyə yönəltməli və pandemiya ehtimalına hazır olmaq üçün əlimizdən gələni etməliyik”.

Koronavirusa qarşı universal çarənin olmadığını qeyd edən təşkilat rəhbəri hər ölkənin konkret vəziyyətə görə təhlükəni qiymətləndirməsinin vacibliyini diqqətə çatdırıb.

Pandemiya (yun. πανδημία – bütün xalq) – yoluxucu xəstəliyin (məsələn, vəba, taun, qrip) bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkələri bürüməsinə deyilir.

Son xəbərlər
Digər xəbərlər