Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdanbildirilib.
Həmin dövlət strukturları aşağıdakılardır:
– Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
– Azərbaycan Respubikasının Nazirlər Kabineti
– Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)
– Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
– Azərbaycan Respublikasının Baş Prokurorluğu
– Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
– Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
– Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
– Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
– Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
– Azərbaycan Respublikasının Ədliyə Nazirliyi
– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
– Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
– Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
– Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
– Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
– Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
– Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları
– Azərbaycan Respublikasının Mərkəzi Bankı
– “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
– “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
– “Azəriqaz” İstehsalat Birliyi
– “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
– SOCAR Qapalı Səhmdar Cəmiyyəti
– “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyət
Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcəkdir.