6 C
Baku
Sunday, December 15, 2024

Koronavirusdan sonra üstünlük verilməyə başlayan Zoom-da 500 min insanın məlumatı oğurlandı

Bu yaxınlarda şəxsi məlumatların təhlükəsizliyi barədə xəbərdar edilmiş Zoom tətbiqindən istifadə edən 500 mindən çox istifadəçinin məlumatlarının “dark web”də satıldığı məlum oldu.

Banker.az xəbər verir ki, xüsusilə koronavirus epidemiyası ilə distant təhsildə, video konfranslar sahəsində ən çox istifadə olunan tətbiqlərdən birinə çevrilən Zoom-da yüz minlərlə istifadəçinin məlumatlarının “dark web”də satışa təqdim edildiyi ortaya çıxdı.

Kiber təhlükəsizlik agentliyi Cyble, ‘qaranlıq veb’ və haker forumlarında bir haker qrupu tərəfindən tutulan 530.000-dən çox Zoom istifadəçisinin hesab məlumatlarını yayımlayaraq satıldığını açıqladı.

Hesab başına orta hesabla $ 0.0020 üçün satışa təqdim edilən məlumatlar arasında Zoom istifadəçilərinin e-poçt ünvanları, şifrələri, təhlükəsizlik açarları və şəxsi görüş URL-ləri də görüldü. Kiber təhlükəsizlik agentliyinin verdiyi açıqlamada satışa təqdim edilən hesablar arasında Vermont Universiteti, Kolorado Universiteti, Florida Universiteti kimi təhsil müəssisələrinin, həmçinin Chase və Citibank kimi maliyyə şirkətlərinin Zoom hesab məlumatlarının olduğu qeyd edildi.

Son xəbərlər
Digər xəbərlər