28 C
Baku
Thursday, June 13, 2024

Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətiriləcək

“Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Sədr bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirik: “ABŞ-da və digər ölkələrdə yeni dərmanlar çıxıb. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Bizdə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasından həkim rəyi gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir. O zaman həmin dərmanlar gətiriləcək”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər