10 C
Baku
Friday, December 13, 2024

Koronavirusun yayılması ABŞ və Çin arasındakı ticarət razılaşmasına təsir göstərə bilər

Koronavirus epidemiyasının yayılması ABŞ və Çin arasındakı ticarət razılaşmasına, xüsusilə amerikan kənd təsərrüfatı məhsullarının idxalına təsir göstərə bilər.

Banker.az xəbər verir ki, bu haqda “Reuters” xəbər agentliyi məlumat verib.

“ABŞ və Çin arasında bağlanan ticarət razılaşması, Çinin ABŞ-ın kənd təsərrüfatı məhsullarını idxal etməsini nəzərdə tutsa da, koronavirus səbəbiylə cari ildə ticarət həcminin nə qədər böyük olacağını dəqiq söyləyə bilmərik”, – Ağ Evin milli təhlükəsizlik məsləhətçisi Robert  O’Brayan bildirib.

Xatırladaq ki, tərəflər arasında ticarət razılaşmasının birinci mərhələsi yanvarın 15-də imzalanıb. Müqavilənin şərtlərinə görə, Çin ABŞ-dan 2017-ci il ilə müqayisədə 200 milyard dollar çox kənd təsərrüfatı məhsulu almalıdır.

Ötən həftə keçirilən görüşdə Xi Jinping və Donald Tramp ticarət razılaşmasının birinci mərhələsini realizə etmək niyyətlərini bir daha təsdiq etdilər.

“Koronavirusun ABŞ və dünya iqtisadiyyatına təsir göstərə biləcəyinə şübhə yoxdur”, – O’Brayan əlavə edib.

Son xəbərlər
Digər xəbərlər