Hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdaqdır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.
Banker.az müxtəlif ölkələrdə tətbiq olunmuş müxtəlif karantin qaydalarını araşdırıb.
Belə ki, ilk öncə qeyd edək ki, ölkəmizdə tətbiq olunan karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Bu müddət ərzində ölkədə Bakı metropoliteninin, şənbə və bazar günləri ictimai nəqliyyatın, aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.
Karantin qaydaları tətbiq edilmiş Türkiyədə həfətəiçi hər gün saat 21:00-dan səhər saat 05:00-dək küçəyə çıxmaq qadağan olunub. Cümə günləri saat 21:00-dan bazar ertəsi sabah saat 05:00-dək ümumiyyətlə küçəyə çıxılmasına icazə verilmir.
Rusiyada koronavirusa görə əyləncə tədbirlərinin qadağan edilməsi və kafelərin iş qrafikinin saat 23:00-dan 6:00-dək məhdudlaşdırılması barədə qərar qəbul edib.
Ukraynada məhdudiyyətlər dekabrın 23-dən yanvarın 15-dək qüvvədə olacaq. Burda yoluxmanın çox olması səbəbindən yanvar ayının əvvəlinə qədər karantin rejiminin saxlanılmasının lazım olduğunu düşünürlər.
Almaniyada koronavirusa görə Teatr, konsert salonları, idman salonları, kinoteatrlar, əyləncə yerləri, restoran, bar və publar bağlı qalacaq. Futbol matçları tamaşaçısız oynanmağa davam edəcək. Universitetlər distant təhsil verəcək.
Fransada koronavirus təhlükəsi ilə bağlı 30 oktyabrdan etibarən ölkənin bütün ərazisində karantin elan edilib.
Koronavirusa görə ölkədə panidemiyanın artması ilə bağlı bəzi lokal məhdudiyyətlər qüvvədədir.
Gürcüstanda Baş Nazir ümumi ölkə üzrə karantin və ya hər hansı bağlanma olmuyacağını qeyd edib. Maska taxmağın və sosial məsafənin qüvvədə saxlanılmasının önəmini qeyd ediblər. Noyabrın 28-dən etibarən Gürcüstanda metro da daxil olmaqla bütün ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.