9 C
Baku
Friday, December 13, 2024

Korporativ Bankçılıq Departamentinə Mütəxəssis – Accessbank

Korporativ Bankçılıq Departamentinə Mütəxəssis

Öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə potensial müştərilərlə birbaşa əlaqəni qurmaq, bank məhsulları və korporativ bankçılıq seqmentinin təklif etdiyi xidmətlər haqqında məlumatlandırmaq;
  • Bank Əməliyyat Sistemində Qarantiya və Akkreditivlərin qeydiyyatını, onlara dəyişikliklərin edilməsini və daxil olmuş tələblərin qeydiyyatını həyata keçirmək;
  • Qarantiya və Akkreditivlər üzrə hesabatları izləmək, ödənişlər üzrə gecikmələr, bağlanacaq qarantiyalar və gələcək ödənişlər barədə məlumatları izləyərək prosedura uyğun addımlar atmaq;
  • Sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı biznes təhlilini aparmaq, hesabatları hazırlamaq;
  • Sənədli əməliyyatların aparılmasına dair qaydaları və işinə aid digər qayda və sənədləri aktiv şəkildə öyrənmək;
  • İşinə aid bütün daxili iş mərhələləri, hüquqi proseslər, daxili və beynəlxalq prosedurlar və qaydalar haqqında məlumata malik olmaq;
  • Korporativ Xidmətlər üzrə bankın filial və departamentinin əməkdaşlarına sənədli əməliyyatların aparılması ilə bağlı konsultasiya vermək.

Tələblər:

  • Ali təhsil (Maliyyə və iqtisadi təhsilli şəxslərə üstünlük verilir);
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
  • Dəqiq və səliqəli işləmə tərzi;
  • Azərbaycan və inglisi dilində yüksək səviyyədə, rus dilində yaxşı səviyyədə yazı və şifahi bacarıqların olması;
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Əla ünsiyyət bacarıqları
  • Öyrənmək bacarığı, diqətlilik;
  • Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
  • Komandada işləmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Müraciət üçün son tarix: 23.06.2017

Son xəbərlər
Digər xəbərlər