“Bank Respublika” ASC-yə “Korporativ satışlar üzrə mütəxəssis” vəzifəsinə yeni əməkdaşlar axtarılır.
Vəzifəyə tələblər:
Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dili arzuolunandır;
Əməliyyat və ya kredit bölməsinin satış sahəsində minimum 2 (iki) illik iş təcrübəsi;
Ünsiyyət və əlaqələr qurma qabiliyyəti;
Yüksək səviyyədə satış etmə bacarığı;
Qarşılıqlı əlaqələri inkişaf etdirmə bacarığı;
Korporativ müştərilərlə işləmə bacarığı;
Bank işinin mahiyyəti haqqında ümumi bilik;
Operativ və çevik işləmə qabiliyyəti;
Dəqiqlik və səliqə;
Kollektivdə işləmə bacarığı.
Öhdəliklər:
Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
Koporativ müştərilərlə biznes görüşlərinin aparılması;
Koporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
Bankı və bankın məhsullarını şirkətlərdə və digər yerlərdə təqdim etmək, satışlarını təşkil etmək;
Cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət.
Vakansiya üçün müraciət etmək istəyən namizədlər öz CV-lərini müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilər.