15 C
Baku
Saturday, April 27, 2024

Korporativ üslub nəyə lazımdır?

Hər bir biznesin korporativ üslubu olmalıdır. Hətta balaca bir biznesin də vizual imicə ehtiyacı var. Çünki hazırda istehlakçını məhsul və xidmətlərlə təəccübləndirmək çətindir – seçim həddən artıq çoxdur. Belə bir brend bolluğunda korporativ üslub alıcıya istiqamət vermək üçün istifadə olunur. 

Korporativ üslubun yaradılması üçün yaxşı olardı ki, məsləhətli reklam agentliklərinə müraciət edəsiniz. Dizayn subyektiv məsələdir, yəni bir nəfərin valeh olduğu loqotip başqa birinin xoşuna gəlməyə bilər. Buna baxmayaraq, forma və rənglərin harmoniyasının obyektiv meyarları da mövcuddur. Buna görə də, yaxşı bir mütəxəssis (və ya komanda) tapmaq lazımdır və bu zaman tərəfdaş və yaxınlarınızın məsləhətini nəzərə almağınız məqsədəuyğun olardı.

Yaradılacaq korporativ üslub biznesin miqyasından və tipindən birbaşa asılıdır. Firma blankı istənilən halda faydalıdır, lakin polietilen paket və ya xidməti nəqliyyat üzərində loqotipin yerləşdirilməsi nə dərəcədə lazımdır?

Korporativ üslubun tərkib hissələrini ən vacib və ikinci dərəcəli amillərə bölək:

Ilk öncə nə lazımdır?

Loqotip. Əslində bu elə, ən vacib və mühüm elementdir. Korporativ üslubun yaradılması elə ondan başlayır. Nəzərə alın ki, onu hətta professional dizayner hazırlasa da, bunun üzərində baş sındırmalı olacaqsınız. Sizə bir neçə variant təklif edəcəklər, nüfuzlu agentlikdə təklif olunmuş hər bir loqotip əsaslandırılacaq: niyə məhz elə yox, belə. Loqotipi istehlakçının gözü ilə seçməyə çalışın: ola bilər ki, sizin ürəyinizcə olan müəyyən rəng və simvollar sadə və auditoriyanın daha asan başa düşdüyü digər variantlarla müqayisədə uduzsun.

Korporativ rənglər: internetdə rənglərin psixologiyasına dair kifayət qədər material tapmaq mümkündür, buna baxmayaraq, rənglərin dərk edilməsi çox individual bir şeydir. Bu zaman bazara təklif etdiyiniz əmtəə və xidmətlərin xüsusiyyətlərini nəzərə almaq vacibdir. Bizneslə bağlı sahələr üçün (bank, hüquqi xidmət) daha ciddi rənglər – boz, göy, tünd- yaşıl uyğundur. Dəbli geyim internet mağazaları üçün isə daha geniş rəng tonlarından istifadə etmək olar.

Korporativ üslubun vacib atributlarına aid etmək olar:

  • vizit kartı
  • firma blankı
  • məktublar üçün zərf

Yaxşı olardı ki, elektron məktublar da korporativ üslubda tərtib olunsun, axı biz e-mail kimi rabitə vasitəsindən hər gün istifadə edirik.
Şirkətin loqotipi olan suvenir – həmişə şirkəti xatırlatmaq və loqotipin istehlakçının gözü önündə daha çox olması üçün ucuz və əla bir imkandır. Bura gündəlik, qələm, alışqan, etiket, açıqca, təqvim və bir çox başqa şey – gündəlik həyatda və işdə istifadə olunan hər şey aiddir.

Əgər şirkətiniz ticarət məkanlarının təqdim edilməsi ilə məşğul olursa, onda siz mağazanın tərtibatına fikir verməlisiniz. Bura daxildir: mağaza adının və “İş rejiminin” yazıldığı lövhə, “Alıcı guşəsinin” tərtibatı. Vitrinlərə gəldikdə isə qiymət yarlıqlarının korporativ üslubda tərtib olunmasına diqqət yetirmək lazımdır.

Korporativ üslubun daha ciddi elementlərinə korporativ sayt, nəqliyyat, əməkdaşların geyimi, vitrinlərin təchiz olunması aiddir. Şirkətin vahid obrazını yaradarkən siz onun bazarda daha da irəliləməsini təmin edirsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər