“Korporativ və OKB kreditləri üzrə mütəxəssis / baş mütəxəssis (Bakı, Quba, Qusar, Xaçmaz, Şəki, Şamaxı, Ağsu, Kürdəmir və Şirvan filialları)
Vəzifə və öhdəliklər:
- Yeni korporativ müştərilərin axtarışı və cəlb olunması (İşlədiyi region və ona yaxın bölgələr üzrə);
- Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;
- Müştərilərin bizneslərinin maliyyə təhlilinin aparılması;
- Kredit işinin kredit komitəsinə hazırlanması və təqdim edilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə azı 3-4 il iş təcrübəsi;
- Yüksək analitik düşüncəyə malik olması;
- Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə “Korporativ və OKB kreditləri üzrə mütəxəssis / baş mütəxəssis ” mütləq qeyd olunmalıdır.