-1 C
Baku
Saturday, December 14, 2024

“Kraken” xidməti İrana qarşı sanksiyaları pozduğuna görə cərimə ödəyəcək

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) və rəqəmsal valyuta mübadiləsi xidməti “Kraken” arasında müqavilə imzalanıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, müqaviləyə əsasən, “Kraken” xidməti İrana qarşı sanksiyaları pozduğuna görə cərimə ödəyəcək.

“Kraken” İrana qarşı sanksiyaların kobud şəkildə pozulmasına görə potensial mülki məsuliyyətini həll etmək üçün 362 min 158.7 dollar ödəməyə razılaşıb. OFAC ilə razılaşmanın bir hissəsi olaraq, “Kraken” müəyyən sanksiyaların tətbiqi tədbirlərinə əlavə 100 min dollar sərmayə qoymağa da razılaşıb”, – deyə açıqlamada deyilir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər