15 C
Baku
Friday, April 26, 2024

Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib

Kral III Çarlz ilk dəfə parlamentdə çıxış edib.

Kral III Çarlz monarx olduqdan sonra ilk dəfə “Westminster Hall”da deputatların qarşısına çıxıb.

Kral, anasının ölümündən sonra deputatların və insanların rəğbətinə görə dərin minnətdarlığını ifadə edib.

O əlavə edib ki, anası bir monarx kimi fədakarlıq nümunəsi göstərib və o da anasının yolu ilə davam edərək konstitusiya hökumətinə sadiq olacağına söz verib.

Daha sonra Kral parlamentdə palatanın spikerləri ilə danışıb.

Qeyd edək ki, Kral çıxışından sonra Edinburqa yola düşüb.

Bu gün Kraliçanın cənazəsi Edinburqdakı Holyroodhouse Sarayından Müqəddəs Giles Katedralına köçürüləcək.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər