17 C
Baku
Monday, May 20, 2024

Kraliça II Elizabetin sərvətinin kimə qalacağı AÇIQLANDI

Ötən həftə 96 yaşında dünyasını dəyişən Böyük Britaniya kraliçası II Elizabetin sərvətinin kimə qalacağı müzakirə mövzusuna çevrilib.

Son günlər dünya mətbuatında bununla bağlı müxtəlif versiyalar irəli sürülür.

Lakin Britaniya mətbuatının yaydığı məlumata görə, II Elizabetin cəvahirat və qiymətli əşyalardan ibarət milyonluq sərvətinin bir hissəsi Kral III Çarlza veriləcək. Sərvətin digər hissəsi isə Çarlzın həyat yoldaşı Kamilla və böyük oğlu Uels şahzadəsi Uilyama məxsus olacaq.

Bundan əlavə, Kraliçadan qalan zinət əşyalarına görə III Çarlzın ailə üzvləri 40 faiz miras vergisi ödəməli olacaqlar.

Qeyd edək ki, kraliça II Elizabet 96 yaşında dünyasını dəyişib. Dəfn mərasimi sentyabrın 19-u saat 11:00-da Vestminsterdə keçiriləcək. Onun ölümündən sonra taxt-taca oğlu Çarlz yiyələnib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər