19 C
Baku
Monday, May 20, 2024

“KredAqro” BOKT-nin xalis mənfəəti kəskin kiçilib

“KredAqro” Bank Okmayan Kredit Təşkilatı 2023-cü ili xalis mənfəətlə tamamlasa da, artan digər xərclər hesabına onun xalis mənfəəti kəskin azalıb.

Banker.az xəbər verir ki, “KredAqro” BOKT MMC 2023-cü ildə 1 milyon 466.21 min manat faiz gəliri əldə etməklə, öncəki ili 32 faiz üstələyib.

Bununla belə, BOKT-nin xalis mənfəətinin həcmi 87.48 min manat təşkil edib. 2022-ci ildə onun xalis mənfəəti 284.08 min manat idi.

BOKT-nin aktivlərinin həcmi son bir ildə 8 milyon 821 min manatdan 8 milyon 574 min manata düşüb. Bu azalmaya səbəb əsasən əmlak və avadanlıqların 598 min manatdan 510 min manata düşməsi və banklara qoyulan 447 min manat depozitin, demək olar ki, hamısının kassaya və digər aktivlərə yönəldiməsidir.

Əsas fəaliyyət istiqaməti sayılan müştərilərə verilmiş kreditlərin portfelinin həcmi 5 milyon 338 min manatdır. BOKT-nin rezident banklardan əlavə borc cəlb etməsi onun bu borcunun həcminin 1 milyon 207 min manatdan 1 milyon 455 min manata yüksəlməsinə səbəb olub. Əlavə olaraq öncəki ildə əlavə istiqrazlar buraxması bu portfel üzrə 1 milyon 23 min borcunun yığılmasına səbəb olub.

Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% ABŞ-nin “ACDI/VOCA” təşkilatıdır.

2134567654321

Son xəbərlər
 ⁠
Digər xəbərlər