14 C
Baku
Saturday, April 27, 2024

Kredit almaq istəyənlər bunları bilməlidir – Araşdırma

Kredit almaq istədiyimiz zaman, kredit üçün müraciət etdikdə bir çox şərtlər və yaxud tələblər ilə qarşılaşırıq. Lakin kredit üçün müraciət etdiyiniz zaman bəzi nüanslara diqqət yetirməkdə fayda var. Hər kəsin kredit müraciətində məqsədi təbii ki, fərqlidir. Kimi kredit əldə edərək, maddi vəziyyətini düzəldir, kimi isə avtomobil və yaxud digər ehtiyaclarını qarşılayır. Bəs kredit almaq istədiyiniz zaman diqqət etməli olduğunuz məsələlər hansılardır?

  • Kredit bazarı haqqında kiçik də olsa araşdırma etmək;
  • Mümkün olduğu dərəcədə maaş aldığınız banka müraciət etmək;
  • Uzun müddətə kredit almaqla daha az ödəniş etməyəcəyinizi bilmək;
  • Kredit müqaviləsini diqqətlə oxumaq.

İlk növbədə banka müraciət etməmişdən əvvəl çalışın bir neçə bank haqqında məlumatlar əldə edin. Çünki, bütün bankların şərtləri bir-birindən fərqlidir. Yəni banklardan asılı olaraq,faizlər yüksək yaxud aşağı, şərtlər isə daha sərt və yaxud yumşaq ola bilər. Əgər hər hansı bir banka yaxınlaşacağınızı dəqiqləşdirmisinizsə bu zaman həmin bankı digər banklar ilə müqayisə edin və bankın hansı cəhətinin daha üstün olduğunu öyrənin. Bu üstünlük bir müddət sonra da sizin köməyinizə çata bilər.

Müraciət zamanı daha çox maaş aldığınız banka yaxınlaşmağınız məsləhət görünür. Buna səbəb isə, həmin bankın kartı ilə kredit alan şəxslərə bank tərəfindən xüsusi güzəştlər ola bilər ki, bu güzəştləri bank digər şəxslərə etməsin. Həmçinin bank əgər sizin çalışdığınız şirkət ilə partnyordursa, bu zaman da sizə nisbətən güzəştlər tətbiq edə bilər.

Ekspertlərin də qeyd etdiyi kimi, əhalinin ən çox yanıldığı məsələlərdən biri də budur. Üzunmüddətli kreditlərin aylıq ödənişləri daha azdır. Bu isə sizin ağlınızda yanlış fikirlər yaratmasın. üzünmüddətə belə əldə etdiyiniz krediti sonda yenə siz ödəməli olacaqsınız. Düzdür, uzunmüddətli kreditlər üçün faiz dərəcələri daha aşağıdır, nəinki qısamüddətli kreditlər üçün, bu isə o deməkdir ki, faiz dərəcələrinin həcmi ilk növbədə kreditin riskindən asılı olur .

Misal: Siz 5 il müddətinə avtomobil almaq istəyirsiniz. Beş il ərzində avtomobil öz dəyərinin böyük bir hissəsini itirir. Yəni elə ola bilər ki, cəmi bir neçə il sonra sizin avtomobilin qiyməti kreditə görə qalan borcunuzdan daha aşağı ola bilər. Bununla yanaşı heç zaman yaddan çıxartmayın ki, avtomobil nə qədər köhnə olarsa, onu saxlamaq üçün bir o qədər çox vəsait lazım olacaq.

Həmçinin təhsil üçün əldə etdiyiniz krediti də misal göstərmək olar. Təsəvvür edin ki, 1 illin təhsil haqqını ödəmək üçün siz uzun müddətə kredit əldə etmisiniz. Kredit borcunuzu bağlayın qurtamadan, artıq növbəti il yaxınlaşır. Həmin təhsil ili üçün siz yenə kredit əldə etmək məcburiyyətindəsiniz.

Sizin üçün ən sərfəli şərtlər təklif edən banka yaxınlaşa bilərsiniz. Lakin, kredit müqaviləsində sığorta, komissiya və s. məsələlər ilə bağlı bir çox nüanslarla qarşılaşa bilərsiniz ki, bu da sizin üçün heç də sərfəli kredit olmaz. Üstəlik, müqaviləni gözübağlı imzaladıqdan sonra bütün bunları öyrənsəniz, vəziyyət heç də yaxşı olmaya bilər. Buna görə də biz bu məsələyə bir çox məqalələrimizdə toxunuruq. Nəinki bank ilə həmçinin başqa zaman da müqavilə imzaladığınız zaman diqqətlə oxuyun və daha sonra imza atın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər