22 C
Baku
Thursday, April 25, 2024

Kredit borcu olan şəxs bankın filialı qarşısında özünü yandırdı

Bakıda intihara cəhd olub. Naxçıvan sakini metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında üzərinə benzin törərək özünü yandırıb.
Banker.azın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynov bankların filiallarının birinin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Dərhal əraziyə təcili tibbi yardım avtomobili və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Malik Hüseynov əraziyə çağırılan təcili yardım maşını vasitəsilə Respublika Yanıq Mərkəzinə aparılıb.

Xəstəxanada yaralıya yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulub. Hazırda o, reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır.

Özünü yandıran şəxs borcu olduğu üçün bu yola əl atdığını deyib.

Bu Bakıda qeydə alınan ilk özünü yandırma halı deyil. Belə ki, bundan öncə də sosial problemlərlə bağlı olaraq bir neçə dəfə belə hadisə baş verib. Avqust ayında avqustun 13-də 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırıb. Qadın aldığı xəsarətlərdən keçinib.

İyul ayında Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırıb. 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi ucbatından bu addımı atıb.

Yanvar ayaında isə Bakının Yasamal rayonu ərazisində, 20 yanvar dairəsində intihar cəhd halı qeydə alınıb. Nəqliyyat müfəttişlərilə mübahisə edən sərnişin daşımaqla məşğul olan ”Ford” markalı mikroavtobus sürücüsü 1976-ci il təvəllüdlü Hümbətov Arzuman Hətəmxan oğlu isə ağır vəziyyətdə 5 sayl şəhər xəstəxanasını yanıq mərkəzinə yerləşdirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.